Ermənistanın Gömrük İttifaqına tam qoşulmasından sonra Dağlıq Qarabağda vəziyyət gərginləşəcək
Arannews - Kremlin Ukraynadakı kobud və volyuntarist (ağılı
deyil, iradəni psixik həyatın həlledici amili hesab etmə - red.) siyasəti nəticəsində
Putin Rusiya ərazisində ciddi qarşıdurmalarla üzləşəcək. Bu gün Abxaziyada baş
verənlər bunu bir daha təsdiq edir.
Bunu ukraynalı politoloq Viktor Nebojenko müsahibəsində
deyib.
“Maydan təkcə Putini gözləmir. Ukraynadakı hadisələrdən
sonra Rusiya, Belorus və Qazaxıstan kimi ölkələri də bu cür zərbələr gözləyir.
Putinin kobud şəkildə Krımı ilhaq edərək, başqa dövlətin daxili işlərinə
qarışmasından sonra Abxaziyada baş verənlər Rusiyada yeni Maydanın yarandığını
göstərir. Bu cür partlayışlar bütün Rusiyanı əhatə edəcək”, - deyə politoloq
bildirib.
Politoloq hesab edir ki, Putinin Ukraynanın işlərinə kobud şəkildə
qarışması Kreml üçün Ukrayna və Qafqaz cəbhəsi açıb.
“Putin sadəcə, hər şeyi kobudluqla etdi və cavab olaraq
Abxaziyadakı partlayışla cavabını aldı. Daha sonra Qafqaz partlayacaq. Ermənistanın
Gömrük İttifaqına tam qoşulmasından sonra Dağlıq Qarabağda vəziyyət gərginləşəcək.
Regionun iqtisadi problemləri həll olunmayacaq. Vəziyyət birdən-birə pisləşəcək,
insanlar küçələrə çıxacaq”, - politoloq əminliklə bildirib
Nebojenko payızda bütün Rusiyanın qarışacağını da
proqnozlaşdırıb: “Maydan Povoljye və Həştərxandan İnquşetiyaya qədər bütün ərazini
işğal edəcək. Bu, Putinin ağılsız və volyuntarist gedişinin nəticəsidir”.