Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanı inkişafdan kənarda qoyub
Arannews - Rusiya Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə
həll olunmasında daha fəal olmalıdır. Qarabağ münaqişəsi çox kəskindir və bunun
həllini sonraya saxlamaq olmaz".
Məlumata görə, bu fikirləri Rusiya Dövlət Dumasının
deputatı, Dumanın maliyyə bazarı komitəsinin sədr müavini Dmitri Savelyev bu
gün "Parlamentskaya qazeta"nın mətbuat mərkəzində keçirilən
"Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər" adlı dəyirmi
masada çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi
tez bir zamanda həll olunmalıdır: "Bu münaqişə Ermənistanın özünü çox
geriyə atıb. Ermənistan hakimiyyəti ya bunu görmür, ya da görmək istəmir. Bu
konfliktə görə Ermənistanda həyatın bütün sahələri böyük ziyan görür.
Hər kəsə məlumdur ki, Azərbaycan hansı templə inkişaf edir.
Ermənistan da Azərbaycanın bu inkişafından bəhrələnə bilər. Lakin Dağlıq
Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanı inkişafdan kənarda
qoyub. Azərbaycanla münaqişənin tənzimlənməsi
Ermənistanda iqtisadiyyatın dirçəlməsinə, sosial sahənin inkişafına ciddi təkan
verə bilər", deyə Dmitri Savelyev bildirib.