Tarix : 2014 Jun 01
Kod 43041

Məşhəddə islamçı məhbuslarla həmrəylik

azərbaycanlı tələbələr keçirdikləri iclasda islamçı məhbuslarla həmrəylik ongünlüyünü qeyd etdilər

Arannews - Müqəddəs Məşhəd şəhərində təhsil alan azərbaycanlı tələbələr keçirdikləri iclasda islamçı məhbuslarla həmrəylik ongünlüyünü qeyd etdilər.

Nur-az saytının məlumatına görə, iclasda ruhani Tohid İbrahimbəyli çıxış etdi.  İslamçı məhbuslardan danışaraq onların yolunu besətin davamı adlandırdı, Quran ayəsinə uyğun olaraq, Allahın bəndəliyinə dəvət, xalqı tağutdan və zülmə boyün əyməkdən çəkindirmək hesab etdi. Məhbuslarımızın din tələbələri boynunda böyük haqqı olduğunu qeyd edən ruhani onların azadlığı üçün dualar etdi və Allahdan bütün İslam düşmənlərinin məhvini dilədi.

İşğal altında olan Azərbaycan torpaqları yada salan İbrahimbəyli qeyd etdi ki, Qarabağa azadlıq duası bəzilərimizin dilinin əzbəri olub. Lakin dua kifayət etmir. Biz tələbələr İmam Hüseyn (ə) məktəbindən dərs almış Şəhid Mübariz kimi balalar yetişdirməliyik ki, arzuladığımız Qarabağ bizə qayıtsın, inşallah.

Qeyd edək ki, 25 rəcəb – 6 şəban (25 may – 3 iyun) günləri İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü adlanır.

 


  • Yazılıb
  • da (də) 2014 Jun 01