Erməni mətbuatı xəbər verib ki,Rusiya Azərbaycan Respublikasına atom stansiyası tikəcək
Arannews - Ermənistan mətbuatının verdiyi məlumata görə, AES-in tikiləcəyi ilə bağlı razılığın Əliyevlə Putin arasında qəbul olunduğunu bildirib.
Mətbuat yazır : “Rusiya Ermənistana yeni AES-in tikintisi ilə bağlı YOX cavabını verib. Ancaq, Rusiyanın Azərbaycanla nədənsə artıq ortaq marağı var. İlham Əliyev Putinlə razılığa gəlib.
Rəsmi Bakı xəbər ilə bağlı heç bir açığlama verməyib.
Qeyd edək ki,Dünən Ermənistanın və Rusiyanın baş nazirləri görüş keçiriblər. Ovik Abramyan və Dmitri Medvedyevin görüşündə Metsamor AES-ə 300 milyon dollar pul ayrılması barədə razılıq əldə olunub.