Tarix : 2014 Jun 01
Kod 43051

Şərqi Azərbaycanın valisi "Azərbaycanın Respublika Günü" münasibətilə keçirilən mərasimdə: Azərbaycanla münasibətləri genişləndirmək üçün heç bir məhdudiyyət yoxdur

Bu görüşlər göstərir ki, hər iki ölkə başçısı münasibətləri genişləndirməkdə təkidlidirlər

Arannews - İki ölkə başçıları münasibətlərin genişlənməsi yolunu açıblar. İndi də bu əhəmiyyətli işin həyata keçməsi üçün çalışmaq səfirlərin və ortaq əməkdaşılıq komissiyalarının vəzifəsidir.

AranNews - Azərbaycanın Respublika Günü ilə əlaqəda keçirilən rəsmi qəbulda İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə bu gün münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik etməklə yanaşı İranla Azərbaycan arasında olan ortaq bağlılıqlardan, səmərəli əməkdaşlıqlardan söhbət açıb, İran-Azərbaycan əlaqələrinin inkişaf etdiyini və daha da inkişafı üçün geniş potensialların mövcüd olduğunu bildirib. Valli həmçinin bildirib ki, bizim Azərbaycanla münasibətləri genişləndirmək üçün heç bir məhdudiyyətimiz yoxdur. Hər iki ölkənin bütün sahələrdə əməkdaşlıq üçün geniş imkanları vardır.

Onun sözlərinə görə, hazırda iki ölkə arasındakı ticarət mübadiləsinin həcmi 500 milyon dollar səviyyəsindədir: “Bu rəqəm iki ölkənin sahib olduğu potensialla müqayisə ediləndə çox azdır. Ona görə də ilin sonunadək bu rəqəmi ən azı 1 milyard dollara çıxartmaq mümkündür”.

Şərqi Azərbaycan valisi doktor Ruhani dövlətinin dünya dövlətlərinə və beynəlxalq əlaqələrə fərqli baxışlarını açıqlayaraq deyib: "Tədbir və ümid dövlətinin məsuliyyətinin başlaması ilə İranın beynəlxalq əlaqələrində önəmli dəyişikliklər olmuşdur. İran və Azərbaycan başşılarının Davosda və Tehranda görüşləri bunun nümunəsidir".

Cabbarzdə əlavə edib: "Bu görüşlər göstərir ki, hər iki ölkə başçısı münasibətləri genişləndirməkdə təkidlidirlər. Biz də İran İslam Respublikasının bir nümayəndəsi olaraq Azərbaycan Respublikası ilə iqtisadi, siyasi, ictimai, mədəni elmi münasibətləri artırmağa hazırıq və bu mövzuda heç bir məhdudiyyət yoxdur".

"İki ölkə başçıları münasibətlərin genişlənməsi yolunu açıblar. İndi də bu əhəmiyyətli işin həyata keçməsi üçün çalışmaq səfirlərin və ortaq əməkdaşılıq komissiyalarının vəzifəsidir"-deyə, vali artırıb.

Habelə, Cabbarzadə deyib ki, İranla Azərbaycanın ticarət palataları, həmçinin özəl sektorları arasında ortaq ticarət əməkdaşlığı var: “Şərqi Azərbaycan vilayəti İranla Azərbaycan sərhədində ortaq istehsal vahidləri yaradılmasına hazırdır. Biz bu potensial sayəsində yeni məhsullar istehsal etməklə iki ölkənin ehtiyaclarını aradan qaldıra bilərik. Bundan əlavə, həmin məhsulların ixracı məsələsində də əməkdaşlıq edə bilərik”.

O əlavə edib: "Araz Azad Zonası" Şərqi Azərbaycan üçün böyük potensialdır və biz bu imkanlardan istifadə etməyi qonşu ölkələrin ixtiyarında qoymağa hazırıq".

İran və Azərbaycan Respublikası arasındakı mədəni əlaqələrin genişlənməsində Şərqi Azərbaycanın təsirli rolunu vurğulayan vali deyib: "Elmi əməkdaşlıq və birfə sənət əsərlərinin yaradılması, ortaq sərgilərin təşkil edlilməsi, ikitərəfli ədəbi və elmi toplantıların keçirilməsi iki ölkə arasındakı mədəni bağlılıqları daha da dərinləşdirə bilər".

Özünün mərasimdəki iştirakını Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olmaq mənasına adlandıran vali əlavə edib: "Biz, bir-birimizin tarixi dostlarıyıq və çətin günlərdə bir-birimizin yanında olmalıyıq".

Cabbarzadə çıxışının sonunda hər iki xalq üçün dua edərək deyib: "İran və Azərbaycanın xalqlarına sağlamlıq və uğurlar arzu edirəm".
  • Yazılıb
  • da (də) 2014 Jun 01