Tarix : 2014 Jun 02
Kod 43067

Türkiyəyə Qafqazda partlayış hazırlamaq tapşırılıb

Azərbaycanda bu işə təhrik edilir

Arannews - Türkiyəyə Qafqazda partlayış hazırlamaq tapşırılıb.

 “Türkiyənin bu ssenaridə rolu Rusiyanın sərhəd ərazilərində yeni böhran zonaları yaratmaqdan ibarət olacaq”.

bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov son günlər Qafqazdakı hadisələri şərh edərkən deyib. O, Azərbaycanın da bu işə təhrik edildiyini bildirib:

“Məsələ orasındadır ki, Qərb bir tərəfdən Ərdoğan hökumətinə və Azərbaycan Prezidenti İlham Əliyevə hücum edir. Ankaranı Avropa dəyərlərinə hörmət etməməkdə günahlandırırlar. Onsuz da Ərdoğanın özü də ölkədə baş verən hadisələrin dırnaqarası daxili qüvvələr tərəfindən edildiyini deyirdi. ABŞ səfiri isə Bakını “Maydan”la təhdid etdi. Görünür, Qərb Türkiyə və Zaqafqaziyada ürəyi istədiyi “demokratiya”nı (S.Tarasovun seçdirməsi – red.) yarada bilmədiyinə görə əsəbidir. Əgər Ərdoğanla Putinin telefon danışığına qayıtsaq, o zaman ABŞ Konqresinin Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyalara nəzər yetirmək lazımdır. Ekspertlərin fikrincə, Türkiyənin bu ssenaridə rolu Rusiyanın sərhəd ərazilərində yeni böhran zonaları yaratmaqdan ibarət olacaq. İndi bu işə Azərbaycanı da itələyirlər. İrəvan Avrasiya İttifaqına daxil olmaqla buraya olan yolları bağlayır. Əksər ekspertlər artıq bu ilin payızında Qafqazda partlayışın olacağını bildirirlər”.

  • Yazılıb
  • da (də) 2014 Jun 02