Tarix : 2014 Jun 03
Kod 43077

Ermənistanan acı etiraf

Qarabağ Ermənistanın tərkib hissəsi deyil

Arannews -  Ermənistan parlamentinin spikeri Qalust Saakyan bugünkü çıxışında Dağlıq Qarabağla Ermənistanın birləşdirilməsini nəzərdə tutan “Miatsum” hərəkatının iflası barədə acı etiraflar edib.

Bununla da o, keçən həftə Serj Sərkisyanın Astanada etdiyi bəyanata dəstək verib.

Keçən həftə Serj Sərkisyan hakim Respublika Partiyasının gənclər qanadı ilə görüşündə demişdi: “Sizə kim demişdi ki, biz Gömrük İtifaqına Qarabağla birlikdə giririk? Belə şey olmayıb və ola bilməz, ən azından bizim qanunvericiliyimizə görə, bizim təsəvvürlərimizə görə, Qarabağ bu gün Ermənistanın tərkib hissəsi deyil”.

Spiker Qalust Saakyan isə bu gün parlamentdə etdiyi çıxışında erməni prezidentinin sözlərini təsdiq edib:

“Əlbəttə, Dağlıq Qarabağ Gömrük İttifaqına girə bilməz, çünki hüquqi baxımdan tanınmamış "dövlətdir”.

 


  • Yazılıb
  • da (də) 2014 Jun 03