Böyük mübarizə yolunda haqsız olaraq həbs olunan bütün şəxslərin tezliklə azadlığa qovuşmaları üçün Allaha dualar edirik
Arannews - Azərbaycan İslam Partiyasının Lənkaran rayon şöbəsinin təşəbbüsü ilə İmam Hüseyn(ə)nin mövludu günü qeyd olunan mərasimdə, dindarlar məhbus islamçıların azadlığını tələb etdilər.
Azərbaycan İslam Partiyasının Lənkaran rayon şöbəsinin təşəbbüsü ilə İmam Hüseyn(ə)nin mövludu günü qeyd olunub. Rayon dindarlarının iştirakı ilə keçirilən məclisdə, qurumun sədri İlham Haçıyev söyləyib:
Böyük mübarizə yolunda haqsız olaraq həbs olunan bütün şəxslərin tezliklə azadlığa qovuşmaları üçün Allaha dualar edirik. Haqq-ədalət yolunda daim mübarizədə olan bacı və qardaşlarımızı hər an Həzrəti İmam Sahibiəz Zamanın (ə.s) gəlişinin intizarında olmağı xahis edərək, onlara daim mübariz və zülmə qarşı barışmaz mövqe tutmağı diləyirik.