Tarix : 2014 Jun 04
Kod 43087

Tabrizda Həmrəylik ongünlüyü proqramlarına dəstək verdi

Seminar əslində, Azərbaycan Respublikasında Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin dəstək olaraq təşkil olunmuşdu
Dünən 2014-cü il iyun ayının 2-də Təbrizdə İran islam Respublikasının milli qəhrəmanı Səttarxanın evində İran İslam İnsan Haqları Komitəsinin təşkil etdiyi “İslam dinində və qərb mədəniyyətində insan haqlarının qorunması” adı altında Təbrizin ən tanınmış hüquqşünaslarının iştirakı ilə elmi seminar keçirilmişdir.
Seminar əslində, Azərbaycan Respublikasında Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin “İslamçı Məhbuslarla Həmrəylik” ongünlüyü proqramlarına dəstək olaraq təşkil olunmuşdu.
Seminarda iştirak üçün Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin sədri, Beynəlxalq əl-Mustafa (s) Universitetinin Quran və hüquq fakültəsinin doktorantı, Höccətül-İslam Faiq Vəlizadə də dəvət olunmuş, çıxışında Azərbaycanda haqları pozulmuş islamçı məhbuslar haqda məruzə etmiş, onların tezliklə həbsdən azad edilməsinin vacibliyini bildirmişdir.
Çox geniş auditoriyanın iştirakı ilə baş tutmuş seminarda çıxış edən tanınmış hüquqşünaslar Azərbaycandakı İslam məhbuslarının haqlarını müdafiə etmiş və onların dərhal azad olunmasını tələb elmişlər.
İran İslam İnsan Haqları Komitəsinin Mətbuat Şöbəsi
  • Yazılıb
  • da (də) 2014 Jun 04