3 gün öncə Lənkəran polisi Quran dərsi keçən hicablı məllimə Xuraman xanıma qarşı hörmətsizlik edib
İslamazeri.az saytının məlumatına görə, hicablı məllimə Xuraman xanım aptekdən çıxdığı zaman polis əməkdaşı ona qarşı hörmətsizlik edib, nalayiq sözlərlə onu təhqir edib və zor gücünə polis avtomobilinə mindirib. Polis idarəsində hicablı xanımın çantası yoxlanılıb. Polis bölməsində bildiriblər ki, onun barəsində sələmə pul verməsi ilə bağlı şikayət daxil olub. Daha sonra polis idarəsində bildiriblər ki, onu yanlışlıqla bölməyə gətiriblər.
Dünən axşam saatlarında lənkəranlı gənc dindarlar bununla bağlı toplaşıblar. Ətrafda polis əməkdaşları da olub. Bundan sonra Lənkəran ağsaqqallarından olan Seyid Vüqar bölməyə çağırılıb.
Lənkəranlı dindarlar tələb edirlər ki, həmin polis əməkdaşı işdən çıxarılsın və Lənkərandan qovulsun.