Tarix : 2014 Jun 06
Kod 43092

Allahşükür Paşazadə: Bəzi dövlətlər Qərbin planını dərk etmir

Qərb dövlətlərinin vasitəçiləri müsəlmanları bir-birinə qarşı qoymağa çalışır
APA-nın verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə belə deyib.
Paşazad deyib ki, İslamofobiya və müsəlmanlar arasında parçalanma yaratmaq cəhdləri var və bu, göz qabağındadır: “Dünyada dinlər, dövlətlər, xüsusən müsəlmanlar arasında münaqişə yaradaraq onları zəiflədib, bu ölkələrin, xalqların sərvətlərinə yiyələnmək istəyirlər. Bəzi dövlətlər, müsəlman xalqlar bunu dərk edir, bəziləri isə dərk etmir”.
A. Paşazadə bildirib ki, İslamda öldürmək yoxdur: “Bu məsələ o şəxsləri qane edir ki, o şəxslər müsəlman qanına susayıblar. Xüsusən Qərb dövlətləri özləri birbaşa iştirak etməsə də, onların vasitəçiləri bu prosesdə iştirak edir, müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar”.


  • Yazılıb
  • da (də) 2014 Jun 06