Tarix : 2014 Jun 07
Kod 43096

Rusiya İrəvanda hakimiyyəti dəyişir

Putin Əliyevə görə hakimiyyət dəyişir

Arannews - Putin Əliyevə görə İrəvanda hakimiyyəti dəyişir

Rusiya Sərkisyanı hakimiyyətdən göndərməyə hazırlaşır.

bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat son günlər S.Sərkisyanın həm yüksək dairələr, həm də xalq arasında etibarının kəskin aşağı düşdüyünü bildirib:

“Ruslar artıq Sərkisyanı hakimiyyətdə saxlamaq niyyətində deyil. Səbəb isə çox sadədir. Sərkisyan rusların tələbini ödəmir. Üstəlik isə Sərkisyan xalq arasında bütün etibarını itirib. Xalqa Moskva ilə bütün əlaqələri düzəldəcək şəxs lazımdır. Sərkisyan isə hələlik Əliyevə uduzub. Çünki Putini artıq Əliyev daha çox cəlb edir. Bir növ Rusiyanın Qafqazda ən ağır gedişi məhz Azərbaycan üzərində olacaq. Buna görə də daha iradəli siyasətçi İrəvanda hakimiyyətə gətiriləcək ki, Əliyevlə danışıqlara getsin və Putinin Əliyevə söz verdiklərini yerinə yetirsin”.

 


  • Yazılıb
  • da (də) 2014 Jun 07