Tarix : 2014 Jun 07
Kod 43104

dindarlar polisin işdən çıxarılmasını tələb edir

Dünən şam namazından sonra dindarlar İmam Hüseyn (ə) məscidində toplaşaraq polis əməkdaşının işdən çıxarılması və Lənkərandan qovulmasını ehtiva edən şikayət məktubu imzalayıblar

Arannews - Verilən məlumata görə dindarlarla yanaşı digər rayon sakinləri də etirazlara qoşulublar.

Dünən şam namazından sonra dindarlar İmam Hüseyn (ə) məscidində toplaşaraq polis əməkdaşının işdən çıxarılması və Lənkərandan qovulmasını ehtiva edən şikayət məktubu imzalayıblar. Məktub gələn həftənin birinci günü polis rəisinə təqdim ediləcək.

Bu barədə Lənkəran dindarları məlumat veriblər. Lənkəran camaatı polisin hicablı xanıma qarşı elədiyi hörmətsizliyin ümumilikdə Lənkəran camaatına edildiyini bildiriblər. Dindar və qeyri-dindar - hamı polisin işdən çıxaırlmasını tələb edir.


  • Yazılıb
  • da (də) 2014 Jun 07