Tarix : 2014 Jun 08
Kod 43115

İranın Böhranların İdarə Olunması Təşkilatı sədri Azərbaycan Dövlət Nişanı ilə təltif edilib

İranın Böhranların İdarə Olunması Təşkilatının sədri gözlənilməz hallarla bağlı İranın əldə etdiyi təcrübələrdən danışaraq, İranın öz təcrübələrini dost və qardaş Azərbaycan ilə paylaşmağa hazır olduğunu bildirib

Arannews - Azərbaycan Respublikasının "Humanitar sahədə əməkdaşlıq" üzrə dövlət nişanı bu ölkənin fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən İranın Böhranların İdarə Olunması Təşkilatı sədri İsmayıl Nəccara təqdim edilib.

cümə günü İranın Böhranların İdarə Olunması Təşkilatı sədri ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri arasında baş tutan görüşdə tərəflər iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə təkid edərək, əlaqələrin hazırkı səviyyəsindən razılıq ediblər. Eyni zamanda bu görüşdə Azərbaycan Respublikası prezidentinin İrana olan son səfəri zamanı imzalanmış anlaşma sənədinin icrasına da təkid edilib.

İranın Böhranların İdarə Olunması Təşkilatının sədri gözlənilməz hallarla bağlı İranın əldə etdiyi təcrübələrdən danışaraq, İranın öz təcrübələrini dost və qardaş Azərbaycan ilə paylaşmağa hazır olduğunu bildirib.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bu görüşdə iki ölkə arasında təcrübə mübadiləsinin aparılmasını müsbət qarşılayaraq, əməliyyat qüvvələrinin dəniz, hava və quru sahələri üzrə hazırlıqlarının artırılması məqsədilə müştərək bir manevrin keçirilməsini, habelə, iki ölkə arasında ixtisaslaşdırılmış təlim kurslarının təşkil olunmasını təklif edib.


  • Yazılıb
  • da (də) 2014 Jun 08