Tarix : 2014 Jun 08
Kod 43116

Türkiyədə gərginlik artır

“Molotov kokteyli avtobusu yandırdı…bir nəfər öldü

Arannews - İstanbulun Okmeydanı ərazisində yerləşən “Şərq qəhvəsi” küçəsində aksiya keçirdən bir qrup marşrut avtobuslardan birinə “molotov kokteyli” ataraq təxribat yaradıb.

 Türkiyə KİV xəbər verir ki,  avtobus bundan sonra alovlanıb. Xilasedicilər avtobusdakı yanğını söndürmək üçün ərazyə gəliblər.

Bu arada Türkiyənin Diyarbakır vilayətində də vəziyətin gərginləşdiyi bildirilir. Adıçəkilən vilayətin Liçe adlanan bölgəsində PKK tərəfdarları ilə hökumət qüvvələri arasında qarşıdurma olub. Qarşıdurmada bir nəfərin odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilib. Məlumata görə onun kimliyi hələ açıqlanmır.  


  • Yazılıb
  • da (də) 2014 Jun 08