Tarix : 2014 Jun 08
Kod 43120

Ermənilərin Naxçıvana hücum etməsi barədə yayılan məlumatlar əsassızdır

bu tip məlumatlar əsassız və yalandır

Arannews - Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Naxçıvana hücum etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu tip məlumatlar əsassız və yalandır: “Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır”.

Qeyd edilib ki, Ermənistan təxribat xarakterli məlumatların yayılmasında və Azərbaycan ictimaiyyəti arasında çaşqınlıq yaratmaqda maraqlıdır.

Xatırladaq ki, bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən Ermənistan Silahlı Qüvvələrinin guya Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb.


  • Yazılıb
  • da (də) 2014 Jun 08