İrakli Alasaniya Abxaziyada baş verən son hadisələrin Rusiya ali rəhbərliyinin planının tərkib hissəsi olduğunu bəyan edib
Arannews - Gürcüstanın Müdafiə naziri İrakli Alasaniya Abxaziyada baş verən son hadisələrin Rusiya ali rəhbərliyinin planının tərkib hissəsi olduğunu bəyan edib.
O, bu barədə "Rustavi 2" telekanalında çıxışı zamanı deyib. Alasaniya əminlik ifadə edib ki, Abxaziyadakı gərginlik məhz Kreml instruktorları tərəfindən idarə edilir:
“Burada təəccüblü bir şey yoxdur. Çünki bu, şimal qonşumuzun illərdir bölgədə yürütdüyü siyasətin tərkib hissəsidir. Bütün bunlar isə bizim ehtiyatlı davranmağımıza və hərbi potensialımızı gücləndirməyə təlabat yaradır”.