Tarix : 2014 Jun 10
Kod 43135

Azərbaycan tərəfinə Ermənistanın tutarlı zərbəsi hazırlanır

Azərbaycan özünün enerji və digər üstünlüklərinə görə müharibəni başlada bilməz

Arannews - Azərbaycan tərəfinə Ermənistanın tutarlı zərbəsi hazırlanır.

bu açıqlama ilə ehtiyatda olan erməni generalı Arkadi Ter-Tadevosyan çıxış edib. O, Bakının məsələni öz xeyrinə həll etməyə çalışdığını bildirib:

“Azərbaycan özünün enerji və digər üstünlüklərinə görə müharibəni başlada bilməz. Bakı sadəcə olaraq Qarabağın həllini öz xeyrinə həll etməyə çalışır. Ermənistan gərək cavab versin ki, onun zəifliyi haqqında heç bir təsəvvür yaranmasın”.

Qeyd edək ki, general Ter-Tadevosyan Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələrinə rəhbərlik edib. Məhz onun rəhbərliyi altında ermənilər rus hərbi birləşmələrinin yardımı ilə Şuşanı işğal etməyi bacarıb.

  • Yazılıb
  • da (də) 2014 Jun 10