ATƏT PA-nın 23-cü yay sessiyası iyunun 28-dən iyulun 2-nə qədər Bakıda keçiriləcək
Arannews - Ermənistanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti tam tərkibdə Bakıya gəlir.
Bu barədə APA-ya Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova məlumat verib.
Ermənistan parlamentarlarına bu ölkənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan başçılıq edəcək.
Qeyd edək ki, ATƏT PA-nın 23-cü yay sessiyası iyunun 28-dən iyulun 2-nə qədər Bakıda keçiriləcək.