Tarix : 2014 Jun 11
Kod 43156

AXCP üzvü ilə bağlı Avropa Məhkəməsinə iki şikayət göndəriləcək

Kəmalə Bənənyarlı ilə bağlı Avropa Məhkəməsinə iki şikayət göndəriləcək

Arannews - AXCP üzvü Kəmalə Bənənyarlı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə iki şikayət göndəriləcək

Bunu vəkil Əsabəli Mustafayev deyib.

Kəmalə Bənənyarlı bu il mayın 6-da həbsdə olan bir qrup “Nida” fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutularaq Nəsimi Rayon Polis İdarəsinə aparılıb. Mayın 7-də Nəsimi Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası verib. Kəmalə Bənənyarlı cəzasını Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki məntəqəsində çəkib. O, iyunun 5-də azadlığa çıxıb. Kəmalə Bənənyarlı Nəsimi Rayon Polis İdarəsində saxlandığı vaxt işgəncəyə, təzyiqə məruz qaldığını iddia edir.

İyunun 10-da “Media forum” saytına açıqlamasında vəkil Əsabəli Mustafayev deyib ki, Kəmalə Bənənyarlı haqda məhkəmə qərarını artıq alıblar: “Kəmalə xanıma işgəncə verilməsi məsələsi ilə bağlı Nəsimi Rayon Prokurorluğuna müraciətimiz var, hazırda prokurorluq bunu araşdırır. Həmin araşdırma tez aparılsa, Avropa Məhkəməsinə eyni vaxtda həm inzibati həbs cəzası haqda qərardan, həm də Kəmalə xanıma verilən işgəncə ilə bağlı şikayət edəcəyik. Yox, araşdırma yubadılsa, birinci növbədə inzibati həbslə, daha sonra isə işgəncəylə bağlı şikayətimizi Avropa Məhkəməsinə göndərəcəyik. Şikayətlərin nə zaman göndəriləcəyi gələn həftə dəqiqləşəcək”.


  • Yazılıb
  • da (də) 2014 Jun 11