Arannews - Azərbaycan hakimiyyəti çox alçaldıcı bir mövqe tutub .
Akif Nağı: ”Beynəlxalq Təşkilatlara bildirilməlidir ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal altında saxlanılır və ona görə də işğalçı dövlətin nümayəndələri bizim ölkəyə gələ bilməzlər”
“Düşünürük ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlar qarşısında yanlış mövqe tutub. Hətta bu ayın sonunda Bakıda keçirilməsi nəzərdə tutulan ATƏT-in Parlament Assambleyasının toplantısına da ermənilərin dəvəti nəzərdə tutulub. Hakimiyyət bununala beynəlxalq təşkilatlar qarşısında özünün humanist görüntüsünü yaratamağa çalışır. Bu yanaşma tamamailə kökündən yanlışdır”.
Bu sözləri QAT sədri Akif Nağı, erməni deputatların Bakıda keçiriləcək NATO-nun "Rose Roth" seminarında iştirak etmək istəməsinə münasibət bildirərkən söyləyib.
Akif bəyin sözlərinə Azərbayacan hakimiyyəti bu tip məsələlərlə bağlı beynəlxalq təşkilatlar qarşısında şərt qoymalıdır: “Beynəlxalq Təşkilatlara bildirilməlidir ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal altında saxlanılır və ona görə də işğalçı dövlətin nümayəndələri bizim ölkəyə gələ bilməzlər. Keçirilən tədbirlərin nə barədə olmasının isə heç bir əhəmiyyəti və fərqi yoxdur”.
Erməni deputatların Bakıya gələrək cəbhə xəttindəki snayperlərin geri çəkilməsini qaldıracağını söyləyən QAT sədri, “bunlara demək lazımdır ki, siz həyasız ermənilərin Azərbaycan torpaqlarında nə işi vardır ki, indi də snayperlərin geri çəkilməsini istəyəsirsiz. Əvvəlcə sual edilməlidir ki, erməni snayperləri nəyə görə Azərbayacan ərazisinə gətirilib”, - deyə bildirdi: “Hakimiyyətin erməniləri paytaxta dəvət etməsi ilə bağlı mövqeyi olduqca alçaldıcı bir mövqedir. QAT olaraq biz bunun əleyhinəyik və əlimizdən gələni edərək konfransın baş tutmasına imkan verməyəcəyik”.