Tarix : 2014 Jun 11
Kod 43160

Rusiya Azərbaycana təzyiq edir

Avrasiya İttifaqı tam olaraq Moskvanın maraqlarına xidmət edir

Arannews - Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, Rusiya Azərbaycan Respublikasını Avrasiya İttifaqına qoşmaq üçün, hakimiyyətə təzyiq edir: “Rusiya öz siyasi məqsədlərinə nail olmaq üçün daha çox təzyiq vasitələrindən istifadə etməyə çalışır. Təbii ki, Azərbaycan hakimiyyətinə də təzyiq edirlər.”

İyunun 10-da “Media forum” saytının suallarını cavablandıran İsa Qəmbər Azərbaycanın qərbə doğru getdiyini güzgün hesab edib: “Biz hesab edirik ki, Azərbaycan sürətlə Avroatlantik məkana inteqrasiya etməlidir, Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün konkret qərarlar qəbul edilməlidir, bu istiqamətdə ciddi addımlar atılmalıdır.

Müsavat Partiyasının başqanı Avrasiya İttifaqını rusiyanın maraqlarına xidmət edən qurum adlandırıb: “Rusiyanın avtoritar hakimiyyəti öz gücünü artırmaq və postsovet məkanına nəzarəti gücləndirmək üçün yeni ittifaq qurmaq istəyir. Avrasiya İttifaqı tam olaraq Moskvanın maraqlarına xidmət edir.”

 


  • Yazılıb
  • da (də) 2014 Jun 11