Arannews - Yenicə İranda fəaliyyət üçün lisenziya almış ANS kanalı yenədə İran tarixini təhrif edib.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin təşəbbüsü ilə bir jurnalist heyətinin tərkibində İrana səfər etmiş ANS kanalının müxbiri İlkin Kərimov Ərdəbildə Şeyx Səfi türbəsindən hazırladığı reportajda İran tarixində olduğca əhəmiyyətli sayılan Səfəvilər sülaləsi və Şah İsmayıl barəsində səsləndirdiyi cümlələrdə İran adını belə çəkməyib və əksinə Səfəviləri sırf Azərbaycan hökuməti kimi qələmə verib.
ANS-ın Şeyx Səfi türbəsindən hazırladığı reportajda təhrif olunmuş bu iddia vurğulanır : “Şah İsmayılın zamanında 1500-cü illərdə Azərbaycan ərazisi bütöv, dövlət dili isə Azərbaycan türkcəsi olub.”
Qeyd edək ki, Səfəvilər hökuməti İranın bütövlüyünü yenidən bərpa etdiyi və xüsusi ilə Şah Abbas dövründə İsfahan şəhərini paytaxt seçəndən sonra İranın mədəniyyəti və iqtisadiyyatında böyük işlər gördüyü üçün İran tarixinin əhəmiyyətli bölümü sayılır ki, ANS kanalı ümumiyyətlə bu tarixi reallıqlara göz yumub.
Həmən dövrdə dövlət dilinin isə Azərbaycan türkcəsi olduğunu iddia edən ANS kanalı açıq yalan söyləmiş olub. Çünki, Səfəvilər zamanı İrana hökmranlıq edən sarayda azəri türkcəsi danışılsa da, dövlət dili fars dili olub.
Yada salmaq lazımdir ki, iki həftə öncə İranda qonağ olmuş azərbaycanlı jurnalist heyətinin tərkibində ANS kanalının müxbiri İlkin Kərimov da Ərdəbilə səfər etmişdir .