Tarix : 2014 Jun 12
Kod 43168

həbsxanasında cəza çəkən siyasətçinin vəziyyəti çox pisdir

Nemətin vəziyyəti çox pisdir

Arannews - Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə qısamüddətli görüş verilib

Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı iyunun 11-də “Media forum” saytına deyib ki, əslində görüş mayın 28-də olacaqmış: “Gedə bilmədim. Düzü, əfv sərəncamına görə bir az ümidlənmişdim. Hazırlıq görməyə əlim gəlmirdi. Fikirləşirdim ki, bu dəfə əfv sərəncamında bəlkə Nemətin də adı olar. Amma ayın 26-da verilən əfvə Nemətin adı salınmadı. Çox məyus oldum.

İyunun 5-də görüşdük. Uşaqları da özümlə aparmışdım. Həmişə yaxından görüş verirdilər. Bu dəfə həbsxananın rəisi yaxından görüş vermədi. Neməti dəmir arakəsmədən bizə sarı buraxmadılar. Uşaqlarla çox pis əhvalda qayıtdıq.

Nemətin vəziyyəti çox pisdir. Çox arıqlayıb. Şəkər onu üzür. Havasızlıq, hərəkətsizlik və qapalı şərait onun səhhətinə təsirsiz ötüşmür”.

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub. 1990-cı illərin əvvəllərində Heydər Əliyev tərəfdarlarına qoşulub, onun hakimiyyətinin ilk illərində Prezident Administrasiyasında çalışıb.

  • Yazılıb
  • da (də) 2014 Jun 12