Tarix : 2014 Jun 14
Kod 43172

hərbçi hərbçini güllələyib

Azərbaycanda hərbçi xidmət yoldaşını yaralayıb

Arannews - Azərbaycanda hərbçi hərbçini güllələyib

Hadisə Daxili Qoşunların “N” saylı hərbi hissəsində qeydə alınıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Allahverdi Quliyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Zahid Abdullayevə dəyib.

Daxili Qoşunların mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, Z. Abdullayev yüngül xəsarət alıb, hazırda vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.


  • Yazılıb
  • da (də) 2014 Jun 14