Tarix : 2014 Jun 15
Kod 43178

Putin Ukrayna üzərində qələbə çalmağa cəhd edir

Putinin planı dəqiqdir

Arannews - Rusiya prezidenti Vladimir Putin yay ərzində Ukrayna üzərində qələbə çalmağa cəhd edir.

bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın Espresso telekanalına müsahibəsində deyib.

“Putinin planı dəqiqdir. Biz bu mərhələni keçmişik. Putin üçün Ukrayna ölümcül təhdiddir. İndi yaydır. Ruslar Dünya Çempionatının, yay istirahətinin keçirildiyi vaxtda döyüşməyi sevirlər”, - deyə Saakaşvili bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır: “Putin gözləyir ki, Kiyev şərqdən gələn qaçqınlarla dolsun və ölkədəki iqtisadi böhrandan yararlanaraq öz şərtlərini diktə etsin”.

 

  • Yazılıb
  • da (də) 2014 Jun 15