Tarix : 2014 Jun 15
Kod 43184

Erməni deputatları Azərbaycana gəlir

Ermənistan Respublika Partiyası fraksiyasının üzvləri Bakıya gəlirlər

Arannews - Ermənistan deputatları Azərbaycana gəlir

Ermənistan parlamentinin iki deputatı – Ermənistan Respublika Partiyası fraksiyasının üzvləri Bakıya gəlirlər.

Armenia Today-in verdiyi məlumata görə, Ermənistan parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan və “İrs” fraksiyasının katibi Tevan Poqosyan NATO PA-nın iyunun 16-18-də Bakıda keçiriləcək “Rose-Roth” seminarında iştirak edəcəklər.

Xəbərdə Azərbaycanın erməni deputatların təhlükəsizliyinə təminat verdiyi qeyd olunur.

  • Yazılıb
  • da (də) 2014 Jun 15