Tarix : 2014 Jun 16
Kod 43189

dəhşətli hücum hazırlanır

Donbas və Luqansk vilayəti sakinlərinin üzünə humanitar koridor açıq elan edilib

Arannews -  dəhşətli hücum hazırlanır .

 bu barədə "5-ci kanal"da çıxışı zamanı anti-terror əməliyyatları mərkəzinin mətbuat katibi Aleksey Lebed məlumat verib.

Onun sözlərinə görə, artıq blok-postlarda qaynar nöqtələri tərk edən şəxslərin avtomobilləri yoxlanmağa, kimlikləri müəyyənləşməyə başlayıb. Lebed deyib ki, terror aktlarında şübhəli bilinməyən şəxslər, ailələr ukraynalı hərbçilərin müşayiəti ilə ən təhlükəsiz ərazilərə gətirilirlər. Kişilər daha çox yoxlanılırlar.

Xatırladaq ki, genişmiqyaslı anti-terror əməliyyatlarının aparılması üçün Ukrayna Prezidenti Pyotr Poroşenko ölkənin şərq vilayətindəki dinc əhaliyə xüsusi humanitar koridorun yaradılması göstərişini vermişdi. Beləliklə, humanitar koridorun açılması Ukrayna ordusunun separatçılara qarşı amansız müharibəyə hazırlaşdığının təsdiqidir.

  • Yazılıb
  • da (də) 2014 Jun 16