Tarix : 2014 Jun 17
Kod 43213

Əliyev Qarabağa qazax əsgərlərini gətirmək istəyir

bu iddia ilə Ermənistan mətbuatı çıxış edib

Arannews - “Bakıdan dərhal sonra İrəvana gələcək Lavrov burada Sərkisyana daha geniş əməkdaşlıq təklif edəcək”.

bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Lavrovun Bakıdakı görüşlərinin qızğın olacağını bildirib:

“Lavrov sabah Bakıda İlham Əliyevlə görüşəcək. Çox güman ki görüş Azərbaycanın Avrasiya İttifaqının qəbulu məsələsi ilə əlaqədar olacaq. Əliyev sadəcə Lavrova söz verə bilər. Amma bu da sözdən o yana keçməyəcək. Əliyev belə bir addımdan sonra Lavrova öz şərtlərini irəli sürəcək. Ehtimal var ki, ən böyük tələb Qarabağla Ermənistan sərhəddinə türk əsilli Qazaxıstan əsgərlərinin yerləşdirilməsi olacaq. Bu isə Ermənistanın uduzması deməkdir. Bakıdan dərhal sonra İrəvana gələcək Lavrov burada Sərkisyana daha geniş əməkdaşlıq təklif edəcək. Bəs bu əməkdaşlıq nədən ibarət olacaq? Sadəcə, daha çox rus qoşunlarının Ermənistana gətirilməsi prezidentdən istəniləcək. Bu isə heç kimin marağına cavab vermir. ATƏT məhz bunun üçün Qarabağda öz nümayəndəliyini açmaq istəyəcək. Xankəndində öz sülhməramlılarını yerləşdirməyə çalışan Moskva təsir dairəsini itirməmək üçün buna mane olmağa çalışacaq. Əgər bu sülhməramlılar gəlsə, ATƏT Xankəndində baş ofis məsələsini aktivləşdirəcək”.


  • Yazılıb
  • da (də) 2014 Jun 17