Arannews - Azərbaycanda da İŞİD-i dəstəkləyən təkvirçilər (özlərindən başqa hamını kafir görənlər) var"
"İraq Şam İslam Dövləti" qruplaşması İraqda hər gün bir şəhəri ələ keçirir. Demək olar ki, yerdən çıxan və qarşısına çıxan hər kəsi kafir elan edib öldürən bu qruplaşma haqqında məlumat isə çox azdır. Ən əsası isə bu təşkilatın hansı beynəlxalq güc tərəfindən iradə olunması maraq doğuran məsələdi.
Qeyd edək ki, bu qanlı qruplaşmanın elan etdiyi "xilafətə" Azərbaycan da əlavə edilib və hətta İŞİD-in sıralarında azərbaycanılıların da oldluğu bildirimlir.
Bəs bu terror təşkilatı Azərbaycan üçün real təhlükə ola bilərsmi?
Azərbaycan sələfilərinin lideri Hacı Qamət Süleymanov hesab edir ki, İŞİD Azərbaycan üçün təhlükə mənbəyidir:
"Onlar heç bir qruplaşmaya aid deyil. "Əl-Qaidə" terror təşkilatından ayrılıblar və tam müstəqil qrupdurlar. Onlar üçün sünni, şiə fərqi yoxdur, kim onların fikrində deyilsə, onlara kafir deyib öldürürlər. İŞİD region, həm də Azərbaycan üçün real təhlükədir. Hətta Azərbaycanda da İŞİD-i dəstəkləyən təkvirçilər (özlərindən başqa hamını kafir görənlər) var.
Hacı Qamət həmçinin bildirib ki, bu, məzhəb davası deyil:
"Bu, məzhəblər arası dava da deyil, baş verənlər bir radikal silahlı qrupun həm islam dininə, həm islam daxilindəki məzhrəblərə meydan oxumasıdır".