Arannews -  İranın Müdafiə naziri, general-mayor Hüseyn Dehqanın Azərbaycana səfəri planlaşdırılır.
 Bu barədə hərbi mənbələrdən məlumat verilib.
 Səfər sentyabr ayına nəzərdə tutulur. Məlumata görə, İranın müdafiə naziri Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində də iştirak edəcək.
 İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin açıqlamasında H. Dehqanın səfərinə hazırlıq getdiyini təsdiqləyib: Səfər Azərbaycan tərəfinin dəvəti ilə gerçəkləşəcək. Hazırda səfərin dəqiq tarixi müəyyənləşdirilir./apa