Tarix : 2014 Jun 22
Kod 43250

Ermənistanin deputatlari Bakıya gəlir

Erməni deputatlar yenə Bakıya gəlir

Arannews - Erməni deputatlarından ibarət növbəti nümayəndə heyəti Bakıya növbəti dəfə gələcək.

Bu informasiyanı Ermənistanın “Aykakan Jamanax” qəzeti yayıb.

Qəzet erməni nümayəndə heyətinin bu dəfə ATƏT-in Parlament Assambleyasında iştirak üçün Bakıya gələcəyini bildirib. Bakıya səfərin 28 iyun-2 iyul arasında olacağı planlaşdırılıb. Bakıya gələcək deputatların isə Artaşes Qeqamyan, Stepan Dəmirçiyan və Stepan Markaryan olacağı bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə Bakıya NATO Parlament Assambleyasının təşkil etdiyi seminarda iştirak etmək üçün bir qrup erməni deputat gəlmişdi.


  • Yazılıb
  • da (də) 2014 Jun 22