Tarix : 2014 Jun 22
Kod 43252

Ərdoğan Azərbaycanla bağlı bəzi müzakirələr aparıb

Danışıqlarda Azərbaycan qazının Avropaya nəqli məsələsi ətrafında fikir bildirilib

Arannews - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Fransua Ollandla görüşüb.

Ərdoğan Ollandla Paris görüşü zamanı Azərbaycanla bağlı bəzi müzakirələr aparıb. Danışıqlarda Azərbaycan qazının Avropaya nəqli məsələsi ətrafında fikir bildirilib.

Belə ki, dövlət rəsmiləri Azərbaycan qazını Avropaya daşıyacaq Trans Anadolu Qaz Kəməri (TANAP) layihəsi barədə danışıblar. Tərəflər bu layihədə Türkiyənin rolunu diqqətə çatdırıblar.

Eyni zamanda iki lider İraq və Suriyada yaşanan son hadisələri, eləcə də Krım və Qarabağ münaqişəsinə dair fikir mübadilələri aparıblar.


  • Yazılıb
  • da (də) 2014 Jun 22