Tarix : 2014 Jun 22
Kod 43255

Araz çayı qırağında meşə yanğınları davam etməkdədir

Azərbaycan tərəfindən başlanıb, İran sərhəddinə çatan yanğın İran tərəfindən söndürülüb

Arannews - İran-Azərbaycan Respublikası sərhəddində yerləşən Araz çayı qırağında meşə yanğınları davam etməkdədir. Yanğın əsasən Arazın Azərbaycan Respublikası sahillərində davam edir.

Səhər kanalının Muğan müxbiri xəbər verir ki, Azərbaycan tərəfindən başlanıb, İran sərhəddinə çatan yanğın İran tərəfindən söndürülüb. İran rəsmilərinin istəklərinə rəğmən, Azərbaycan tərəfi həlilik meşələrin yanğının qarşısını almaq üçün heç bir tədbir görməyib.

Müxbirimiz xəbər verir ki, Parsabad icra başçısı bildirib ki, Azərbaycanın istəyi təqdirdə, İran yanğın söndürənləri Azərbaycana yardım etməyə hazırdırlar.

Qeyd edək ki, 3 gün öncə başlayan Araz qırağındakı meşə yanğınlarını səbəbi hələlikr bəlli deyil, Və Azərbaycanın əlaqədar qurumları heç bir açıqlama verməyiblər.


  • Yazılıb
  • da (də) 2014 Jun 22