İran heyəti bu ikigünlük səfərdə Azərbaycan Respublikasının ticarət, enerji və sənaye sahələrində bir neçə naziri və digər rəsmisi ilə faydalı müzakirələr aparıb və müştərək görüşlərdə iki ölkənin müştərək iqtisadi komissiyasında qaldırılmaq üçün münasib və lazım olan mehvərlər nəzərdən keçirilib
Arannews - İranın Azərbaycan Respublikasındakı səfiri İranın yüksək səviyyəli iqtisadi heyətinin Azərbaycan Respublikasının iqtisadi rəsmiləri ilə görüşlərini faydalı və müsbət dəyərləndirib.
Möhsün Pak Ayin Bakıdakı müxbirimizlə müsahibədə deyib: İran heyəti bu ikigünlük səfərdə Azərbaycan Respublikasının ticarət, enerji və sənaye sahələrində bir neçə naziri və digər rəsmisi ilə faydalı müzakirələr aparıb və müştərək görüşlərdə iki ölkənin müştərək iqtisadi komissiyasında qaldırılmaq üçün münasib və lazım olan mehvərlər nəzərdən keçirilib.
O, əlavə edib: Qərara alındı ki, iki ölkənin müştərək iqtisadi komissiyasının yekun anlaşmasının ilkin mətni iclasın keçirilməsindən on beş gün qabaq yekunlaşdırılsın.
İran səfiri deyib: İki ölkənin müştərək iqtisadi komissiyasının iclası avqustun 4-ü və 5-də memorandumun imzalanması üçün Bakıda keçiriləcək və iranlı heyətə İranın Kommunikasiya İnformasiya Texnologiyaları naziri- Doktor Vaizi başçılıq edəcək.
Möhsün Pak Ayin Bakının Azprom məkanında ticarət əməkdaşlıqları qarşısındakı maneələrin araşdırılması üçün iranlı və azəri iş adamlarının iştirakı ilə müştərək iclasın keçirilməsini bu görüşlərin mühüm tədbirlərindən adlandıraraq, deyib: Bu iclasda iki ölkə arasındakı ticari və iqtisadi mübadilələr sahəsindəki problem və maneələrin ən mühümü kimi gömrük problemləri və vizanın açılması məsələsi qaldırılıb və təklif olunub ki, Azərbaycan Respublikasının İrandakı səfirliyi iranlı iş adamları üçün vizanın açılması ilə bağlı İranın ticarət otağının arayışı ilə addım atsın. Qərara alınıb ki, azərbaycanlı tərəf bu məsələni araşdırsın. Gömrük məsələləri sahəsində də iranlı heyətin azəri tərəflə iclasına əsasən, qərara alınıb ki, maneələrin aradan qaldırılması və bu sahədə araşdırmalar üçün iki ölkənin gömrük idarələri arasında iclaslar keçirilsin.
İran səfiri ümidvarlıq edib ki, qeyd olunan iki problemin aradan götürülməsi ilə ticari və iqtisadi mübadilələr ikiqat artacaq.