Tarix : 2014 Jun 23
Kod 43259

Ermənilər bir dinc azərbaycanlıni güllələyiblər

Ermənilər daha bir dinc azərbaycanlı sakini güllələyiblər

Arannews - Ermənistan Silahlı Qüvvələrinin əkin sahələrini atəşə tutması nəticəsində bir nəfər dinc sakin yaralanıb.

düşmən Ağdamın işğal olunmuş Şotlanlı və Tərtərin Seyid Sulan kəndindən Tərtər rayonun Qapanlı kəndini atəşə tutması nəticəsində əkin sahəsində traktorla çalışan 1987-ci il təvəllüdlü Əliyev Namiq Nofəl oğlu yaralanıb.

Tərtər Rayon İcra Hakimiyyətinin Qapanlı kəndi üzrə İcra Nümayəndəliyindən yaralı Tərtər MRX-ya çatıdırılıb. Həkimlər yaralını əməliyyat ediblər. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

 


  • Yazılıb
  • da (də) 2014 Jun 23