İraqda baş verən son hadisələrin mahiyyətini araşdırdıqda ABŞ senatoru Jerli Vermanın nəzərdə tutduğu üslubdan "terrorizmlə mübaribə" adlı üçüncü dünya müharibəsi hiss olunur
AranNews - Redaksiyamizın "Anac"a istinadla verdiyi məlumatına görə Təbriz Universitetində keçirilən "Regionin bugünkü məsələlərinin araşdırılması və təhlili" konfransında İSİD-in fəaliyyətlərini təhlil edən politoloq Mehdi Firuzkuhi deyib: "Qərb və şərq siyasətçilərinin nəzərincə, hal-hazırda Yaxın Şərqdə yeni regional güc yetişir və bu Yaxın Şərqin gələcək gücünün taleyini həll edəcək".
Politoloq artırıb: "Regionun İran, Türkiyə, Səudiyyə Ərəbistanı kimi ölkələri Suriya hadisələrinə dünyanın taleyini təyin edən bir hadisə kimi baxırlar".
Regiondakı əsas 15 ölkə arasında Türkiyənin öz ətrafındakı ölkələrə siyasi təhdid və icbar yeritməyə daha çox imkanı olduğunu bildirən ekspert deyib: "Ərəbistan da təhdid qaynağı yox, lakin təhdid başlanğıcı kimi digər ölkələrlə birləşərək regionun sabitliyini pozan bir amilə çevrilə bilər".
Pollitoloq "İSİD" və "Ən-nüsrə"ni Əlqaidə təşkilatının iki qolu adlandıraraq deyib: "Suriyada Bəşər Əsədlə nəticələnən uğurlu seçki və İraqdakı seçki və onun ardınca siyasi səhnənin dəyişməsi, parlament seçkilərində Bərzaninin çəkisinin azalması ilə gözlənildiyindən də tez və artıq dərəcədə hadisələrə yönüm verildi və onun nəticəsi olaraq biz bu gün İSİD-in yaranmasının şahidiyik".
Kürd, əhli-sünnə və hakim dövlətin birliyi və onların 6 maddədən ibarət anlaşmasına işarə edən Firuzkuhi deyib: "Bu razılaşmanın icra olunmayan üç bəndi (Kürdüstan Muxtar Vilayətinin qaz və neft çıxarışının icazəli olmaması, Kərkükün gələcəyi və ölümdən qabaq qanun) regionda dəyişiklik yaranmasında əsaslı rol oynayır və İraqın bəzi əyalətlərinin təslim olmamasının kökü onun icra olmamasındadır".
"Bərzaninin İraq dövləti ilə ixtilafının yaranması və gücünün azalması onun bəsilərlə həmkarlıq etməsinə və dövlətə qarşı çıxmasına şərait yaratdı. Bərzaninin öz etiqadına görə İSİD-in İraqa hücumu, Kərkükü ələ keçirməsi 140-cı maddnin gerçəkləşməsidir"-deyə, politoloq bildirib.
Politoloq, ABŞ-ın bəsilərin İraqdan ləğv edilməsinin qarşısını almasını açıqlayaraq artırıb: " İraqda baş verən son hadisələrin mahiyyətini araşdırdıqda ABŞ senatoru Jerli Vermanın nəzərdə tutduğu üslubdan "terrorizmlə mübaribə" adlı üçüncü dünya müharibəsi hiss olunur".
O, həmçinin ərəb mətbuatının o cümlədən "Əl-qudsul-ərəbiyyə" telekanalının İraq hadisələrini əhli-sünnənin inqilabı adalandırmasını və belə bir təbliğatın Suraya müharibəsində də yayılmasını və qarşıdurmanın sünnü-şiə müharibəsi kimi qələmə verilməsini xatırladıib və ölkəmizdə də belə şayiələrin yayılmasının qarşısını alınması üçün hələ də lazım və münasib addım atılmadığından təssüfləndiyini bildirib.
M. Firuzkuhi İSİD-in Ən-nüsrədən ayrı hərəkat olduğunu da bildirərək deyib: "İSİD ötən 17 ayın məhsuludur və tam bir etiqadi dövrə görmüşdür və fiqhi dəlillərini də edamlarda görmək olar. Bu Əlqaidənin digər hərəkatlarının xilafınadır".
O, həmçinin İSİD-in İraq ordusu ilə Əl-ənbarda toqquşmalarına və Mosulun asanlıqla təslim olmasına da işarə edərək deyib: "İSİD qruplaşmaları bəsilərdən və İraqın əhli-sünnə tayfa başçılarından nəhayət dərəcədə istifadə edirlər".