Tarix : 2014 Jun 26
Kod 43295

İrəvanın taleyi Bakının əlindədir

Putinlə Əliyevin telefon danışığı Ermənistanın Avrasiya İttifaqına üzvlük məsələsini tamamən həll edib. Bundan sonra Ermənistanın taleyi təkcə Moskva yox, həm də Bakının əlində olacaq

Arannews -“Lavrovun İrəvandan deyəcəyi cavablar Kreml rəhbəri üçün vacib idi”.

bu iddia ilə erməni mətbuatı çıxış edib.

Mətbuat Əliyevin Putinlə telefon danışığı zamanı İrəvanın Avrasiya İttifaqına üzvlük məsələsini müzakirə etdiyini bildirib:

“Lavrov Serj Sərkisyanla İrəvanda görüşən zaman İlham Əliyevlə Putin arasında telefon danışığı oldu. Hər iki prezident Qarabağ münaqişəsini müzakirə etdilər. Həmçinin Putin Əliyevlə telefon danışığı apararkən çox güman ki, Lavrovla da digər xətdə görüşüb. Çünki Lavrovun İrəvandan deyəcəyi cavablar Kreml rəhbəri üçün vacib idi. Bu isə Əliyevlə müzakirənin leytomotivini təşkil etməliydi. İstisna deyil ki, Putinlə Əliyevin telefon danışığı Ermənistanın Avrasiya İttifaqına üzvlük məsələsini tamamən həll edib. Görünür, Bakı Moskva ilə nə isə sövdələşmə edib. Bundan sonra Ermənistanın taleyi təkcə Moskva yox, həm də Bakının əlində olacaq”.


  • Yazılıb
  • da (də) 2014 Jun 26