Tarix : 2014 Jun 26
Kod 43297

Rusiyanın Qafqazda yeni siyasəti

Qafqazda heç bir ölkə açar rolunu oynamır

Arannews -  “Qafqazda heç bir ölkə açar rolunu oynamır”.

bu açıqlama ilə rusiyalı politoloq Qay Borisov çıxış edib. O, Rusiyanın Qafqazda tam yeni siyasət yürütməyə başladığını bildirib:

“Qafqaz ümumilikdə Rusiyanın Yaxın Şərqə açılan yoludur. Buna görə də Rusiya Qafqazda Ukrayna böhranından əvvəl yeni addımlar atmağa başlamışdı. Bu siyasət isə nə bu gün, nə Lavrovun səfəri, nə də ki, digər yüksək rütbəli şəxslərin Bakıya səfərindən start götürüb. Təkcə onu xatırlamaq kifayətdir ki, Moskva Ermənistanda 102-ci bazanı genişləndirməklə bərabər, Azərbaycanla da hərbi texniki əməkdaşlığı artırıb. Bu addım İrəvan və Bakı tərəfindən tənqid edilsə də, Moskva üçün bunun böyük əhəmiyyəti var. Həm də belə etməklə Rusiya Yaxın Şərqdə müəyyən hadisələrə nəzarət imkanını öz əlində saxlamış olur. Moskva Qarabağda həqiqətən də stabilliyi qorumağa çalışacaq. Bununla bərabər isə Bakını real olaraq Avrasiya İttifaqına cəlb edəcək. Həmçinin, Tiflisin Abxaziya ilə münasibətlərinin düzəlməsinə yardım edəcək. İrəli sürülən bütün addımlar Rusiyanın qafqaziya siyasəti olacaq”.


  • Yazılıb
  • da (də) 2014 Jun 26