Tarix : 2014 Jun 26
Kod 43299

şiə-sünni parçalanması yaradanlara xəbərdarlıq

Allahşükür Paşazadə şiə-sünni parçalanması yaradanlara xəbərdarlıq edib

Arannews - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Ramazan ayında dini ayinlərin icrasından istifadə edərək parçalanma yaratmaq istəyənlərə ciddi xəbərdarlıq edib.

Allahşükür Paşazadə dindarlarla keçirilən görüşdə bildirib ki, Ramazan ayında sünni və şiələr eyni vaxtda iftar açacaq, sünni və şiə məscidlərində azanlar eyni vaxtda veriləcək, moizələr eyni qaydada oxunacaq.

Şeyx bundan sui-istifadə edib qarışıqlıq yaratmaq istəyənlərə xəbərdarlıq edərək bildirib ki, hər şey QMİ-nin nəzarətindədir: “Biz bu məsələləri həm şiə, həm də sünni alimləri ilə məsləhətləşmişik. Ramazan ayının İslam dinində həssas aylardan olduğunu nəzərə alaraq, dini ayinlərdən istifadə edib parçalanma yaradanlara imkan verməməliyik. Hər şey İslamın buyurduğu qaydada olacaq ”.


  • Yazılıb
  • da (də) 2014 Jun 26