Tarix : 2014 Jun 27
Kod 43305

Təbrizdə Qafqaz regionu universitet tələbələrinin mədəniyyət-ədəbiyyat festivalı keçiriləcək

Festivalın Ustad Şəhriyarın doğum günləri ilə eyni vaxtda düşməsi münasibətilə o böyük şairin azəri və farsca şerləri də araşdırılan mövzulardan biri olacaq
Təbriz Universitetinin Təhqiqat və Texnologiya şöbəsinin müdir müavini Qafqaz regionu universitet tələbələrinin mədəniyyət-ədəbiyyat festivalının bu ilin şəhrivər (sentyabr) ayında Təbriz Universitetində keçiriləcəyindən xəbər verib.
Təbriz Universitetinin ictimai əlqələr şöbəsindən verilən məlumata görə Məhəmməd Müqəddəm Vahid bildirib ki, dil, müasir ədəbiyyat, foliklora aid araşdırmalar, fars dillilərin müasir ədəbiyyat əsərlərinin araşdırılması və tənqidi, müqayisəli ədəbiyyat, ədəbiyyat sosiologiyası festivalın mövzularındandır.
O artırıb: "Festivalın Ustad Şəhriyarın doğum günləri ilə eyni vaxtda düşməsi münasibətilə o böyük şairin azəri və farsca şerləri də araşdırılan mövzulardan biri olacaq".
Müdəddəm Vahid, region tələbələri tərəfindən müxtəlif mədəniyyərlərin tanınması, gələcəyin sərmayələri olan tələbələr arasında elmi-ədəbi rəqabətlərin gücləndirilməsi, onlar arasında dostluq və səmimiyyət yaratmaq, seçilmiş tələbələri ruhlandırmaq, universitetlərdə tədris kadrı ehtiyacının ödənməsi, müxtəlif mövzularda fikir mübadiləsinə nail olmağı bu festivalın məqsədlərindən olduğunu bildirib.
Təhqiqat və Texnologiya şöbəsinin müdir müavini bildirib: "Festivalda iştirak etmək istəyənlər 6 iyula kimi http://intshahriyar.tabrizu.ac.ir saytında qeydiyyatdan keçməklə yanaşı öz məqalələrini festivalın katibliyinə göndərə bilərlər. Festival, 15-17 sentyabrda keçiriləcək".



  • Yazılıb
  • da (də) 2014 Jun 27