Tarix : 2014 Jun 27
Kod 43316

Qarabağdakı şirkətlər özlərinin hüquqi ünvanlarını dəyişdirəcəklər

Bununla da həmin şirkətlər Ermənistan kompaniyaları kimi beynəlxalq bazara çıxmaq imkanına sahib olacaqlar

Arannews - Qondarma “Dağlıq Qarabağ"dakı şirkətlər özlərinin hüquqi ünvanlarını dəyişdirəcəklər .

Bu informasiyanı “Joxovurd” qəzeti yayıb .

Qəzet tezliklə "Qarabağ"dakı şirkətlərin öz hüquqi adreslərini Ermənistanda qeydiyyatdan keçirəcəklərini yazıb. Bununla da həmin şirkətlər Ermənistan kompaniyaları kimi beynəlxalq bazara çıxmaq imkanına sahib olacaqlar. “Joxovurd” belə addımın atılmasına əsas səbəb kimi Ermənistanın Avrasiya İttifaqına üzv olan zaman Qarabağla bağlı götürdüyü öhdəlikləri göstərib.


  • Yazılıb
  • da (də) 2014 Jun 27