Tarix : 2014 Jun 27
Kod 43325

Ayətullah Hüseyn Nuri Həmədaninin çıxışı təhrif olunub

Axar.az internet saytı açıq-aşkar təhrifə yol verərək yazıb: Ayətullah İŞİD-i müdafiə etdi

Arannews - Azərbaycan Respublikasında bəzi informasiya portalları bir daha təhrifə əl atıblar. Belə ki, bu dəfə onlar şiə dünyasının təqlid mərcələrindən birinin bəyanatını təhrif ediblər .

Axar.az internet saytı açıq-aşkar təhrifə yol verərək yazıb: “Ayətullah İŞİD-i müdafiə etdi

Axar.az saytı elə bir halda bu təhrifə yol verir ki, İran saytlarına istinad etdiyi həmin xəbərdə yerləşdirilən əsas xəbərin fotosu da təqdim olunub və həmin xəbərin fotosu və xəbərin məzmunundan saytın necə belə bir nəticə çıxarması sensasional təəcübə səbəb olur. Belə aşkar və çox naşı təhrif özü də bir təqlid mərcəyinə qarşı edilirsə, bu qəbulolunmaz və son dərəcə çirkin hərəkət olaraq həmin saytın qeyri-peşəkar və qərəzli baxışından xəbər verir .

Bu çirkin hərəkəti pisləyərək Ayətullah Nuri Həmədaninin İraq hadisələri barədə son bəyanatının mətnini təqdim edirik :

Ayətullah Nuri Həmədani: İŞİD-lə qarşılaşmaq vacibdir

Təqlid mərcələrindən olan Ayətullah Hüseyn Nuri Həmədani İŞİD-lə mübarizənin vacib olduğunu bildirərək İraqın qeyrətli xalqının təqlid mərcələri və dini alimlərə itaət etdiyinə görə öz təşəkkürünü bildirib .

İRNA-nın verdiyi məlumata görə,  Ayətullah Hüseyn Nuri Həmədani İraq xalqına etdiyi müraciətdə bildirib: “İŞİD” və müsəlmanlara qarşı olan hər hansı bir qrupun hücümü, İslama hücumdur və müsəlmanlara vacibdir ki, bütün gücü və imkanları ilə islamı müdafiə etsin .

Ayətullah Hüseyn Nuri Həmədani öz müraciətində İraqın qeyrətli xalqının hörmətli təqlid mərcələri və dini alimlərə itaət etməsini təqdirə layiq hesab edərək bildirib: Əmin olun ki, müsəlmanların zalım güclərə və onların əl altılarına və sionizm dünyasına qələbəsi qətidir .

İraq və Şam İslam Dövləti(İŞİD) adlandırılan terrorçu qruplaşmanın ünsürləri Suriyada bəzi ərazilərdən əlavə, son həftələr ərzində İraqın keçmiş Bəəs rejiminin qalıqları ilə əlbir olaraq İraqın da bəzi ərazilərini işğal ediblər .

Bu geniş təcavüzlərdən sonra Ayətullah Sistani və İraqın digər şiə və sünni alimləri ölkəni müdafiənin və məzhəblərarası təfriqədən uzaq qalmağın vacibliyini vurğulayıb və İraq xalqından təkfirilərlə qarşılaşmaq üçün meydana gəlməsini istəyiblər .

Ayətullah Məkarim Şirazi də İraqın ərazi bütövlüyü və müqəddəs məkanların müdafiəsini Allahın yolunda cihad olaraq vacib elan etmişdi.


  • Yazılıb
  • da (də) 2014 Jun 27