Tarix : 2014 Jun 29
Kod 43330

Rusiya özü bərbad vəziyyətdə olan ölkədir

Rusiya imperiya dövləti olub

Arannews - “Bu, hər şeydən əvvəl həmin ölkələrin inkişaf istiqamətini qətiləşdirdi. Assosiativ saziş bu ölkələr üçün böyük iqtisadi, hüquqi və siyasi imkanlar açır. Onlar risk etdilər və qorxu hissini artıq geridə buraxdılar”.

bu sözləri politoloq Vəfa Quluzadə Ukrayna, Moldova və Gürcüstanın  Avropa Birliyinin assosiasiya sazişini imzalamaları ilə bağlı Teleqraf.com-un suallarını cavablandırarkən deyib.

 Onun sözlərinə görə, bu proses davam edəcək və post-sovet ölkələrinin avro-inteqrasiyasının qarşısını Rusiya ala bilməz:

“Rusiya özü bərbad vəziyyətdə olan ölkədir. İndi Kreml başqa ölkələrin Avropaya inteqrasiyasının qarşısını almaq istəyir. Rusiya imperiya dövləti olub. Biz də onun koloniyası olmuşuq. Keçmiş Sovet ölkələrinin bir neçəsi çoxdan qoşulub NATO-ya, Avropa Birliyinə. Bu ölkələrin ardınca Azərbacan gəlir. Sonra Belarus, Mərkəzi Asiya ölkələri… Rusiya buna mane ola bilməz. Dünya Rusiyanın istəyi ilə hərəkət etmir”.

Politoloq Rusiyanı daha ciddi sanksiyaların gözlədiyini də vurğulayıb:

“Ukrayna ilə bağlı məsələləri həll etməsə, Rusiyanı ciddi sanksiyalar gözləyir. Rusiya Ukraynada işləri ona görə qarışdırır ki, ölkə Avropa Birliyinə qoşula bilməsin. Abxaziya və Asetiyanı işğal edən Rusiya Gürcüstanı da AB-dən kənarda qoymaq istəyirdi, amma inteqrasiyanın qarşısını ala bilmədi. Moldovanı da hədələyirdi ki, Dnestryanı vilayətləri ayırır, Ukraynanın cənubi-şərqi ilə birləşdirir. Bütün bunların Azərbaycana da dəxli var. Çünki Rusiya Azərbaycanı da hədələyir. Torpaqlarımızın 20 faizi işğal altında saxlanılır. Rusiyanın mövqeyi zəiflədikcə bizim Qarabağı azad etmək imkanlarımız artacaq”.

V.Quluzadə Saakaşvilinin Azərbaycanın Avropa Birliyinə qoşulacağı ilə bağlı proqnozunu oxuduğunu və onunla tam razı olduğunu da qeyd edib.


  • Yazılıb
  • da (də) 2014 Jun 29