Tarix : 2014 Jun 29
Kod 43335

sabirabadda bir gəncin başını kəsdilər

hadisə bu gün səhər saatlarında rayon mərkəzində qeydə alınıb

Arannews -  Bu gün Sabirabadda baş verən qətl hadisəsinin təfərrüatları bəlli olub.

Sabirabad rayon prokurorluğundan verilən məlumata görə, hadisə bu gün saat 04.00 radələrində Sabirabad rayonunun Əli Kərim adına küçədə baş verib.

Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Araz Qabil oğlu Fərəcov aralarında yaranan münaqişə zəminində tanışı, 1989-cu il təvəllüdlü Abbas Nazim oğlu Fətullayevin boğazını kəsici alətlə kəsərək qətlə yetirib. Sabirabad rayon prokurorluğu qətlin motivi barədə istintaq aparıldığından, əlavə məlumat verməsə də, qətli törədən şəxsin atasının bildirdiyinə görə, qətl namus üstündə baş verib. Belə ki, onun mərhum oğlunun həyat yoldaşının şəkli Nazim Fətullayevin evindən çıxıb. Məhz bu zəmində yaranan mübahisə sonda qətlə səbəb olub.

Hadisəni törədən A.Fərəcov Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


  • Yazılıb
  • da (də) 2014 Jun 29