Tarix : 2014 Jun 30
Kod 43351

Azərbaycanin proqnozlarımız özünü doğruldur

Azərbaycanda sənaye məhsulu istehsalı 2,1 faiz, qeyri-neft məhsulu ixracı 4,5 faiz azalıb

Arannews -  Ötən ilin eyni dövrü ilə müqayisə aparan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, yanvar-may aylarında sənaye məhsulu istehsalı 2,1 faiz, qeyri-neft məhsulu ixracı 4,5 faiz azalıb. Qubad İbadoğlu əlavə edir ki, azalma büdcə gəlirlərində, idxalda, ixracda da qeydə alınıb: “Təəssüf ki, bizim proqnozlarımız illər ötdükcə özünü daha çox doğruldur. Amma hələ də analoqu olmayan inkişafdan danışır, səmərəsiz xərcləmələrə gedir, korrupsiya ilə pis idarəçiliyi stimullaşdırırıq”.

Qubad İbadoğlu sənayedə azalmanın səbəblərini belə izah edir: “Sənayedə tənəzzül 2011-ci ildən başlayıb. Bunun başlıca səbəblərindən biri sənayenin strukturunda 75-80 faiz paya malik olan mədən sənayesində, xüsusilə də neft, qaz sektorunda istehsal həcminin aşağı düşməsidir. Məhsul istehsalının azalması tendensiyası emal sənayesi üçün də xarakterik olub”.


  • Yazılıb
  • da (də) 2014 Jun 30