İŞİD-in maliyyəçisi olan Ərəbistanın daim Azərbaycanı dəstəkləməsi iddia olunub
Arannews - Cinayətkar quruplaşma İŞİD-in əsas maliyyəçisi olan Səudiyyə Ərəbistanın daim Azərbaycan Respublikasını dəstəkləməsi iddia olunub.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
“Görüş” dostluq qrupunun sədri Abdulla Al Nasirin təşəbbüsü ilə baş tutub.
Abdulla Al Nasir Heydər Əliyevin Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafı ilə bağlı siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib.
Abdulla Al Nasir Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsini pisləyən ilk dövlətlərdən biri olduğunu iddia edib.
görüş barədə məlumat Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələrində yayılıb!
Bu məlumat belə bir halda yayılıb ki, İŞİD-in cinayətlərinə görə Səudiyyə Ərəbistanı ciddi tənqidlərə məruz qalıb.