Hazırda şübhəli vəhhabilərin toplaşdığı tikilidə axtarış tədbirləri davam etdirilir
Arannews - Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının Bakıda keçirdiyi əməliyyat zamanı eksklüziv foto əldə edib. Məlumatına görə, fotoda rəsmi olan şəxs iyunun 20-də Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının Bakının Səbail rayonu Badamdar qəsəbəsində həyata keçirdiyi əməliyyat zamanı aşkar olunan radikal vəhhabi qrupun başçısıdır. Həmin şəxs də əməliyyatçılar tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bakının Səbail rayonu Badamdar qəsəbəsində əməliyyat keçirib: “Hüquq-mühafizə orqanlarının əməkdaşları saat 14.00 radələrində Səbail rayonu Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi ərazisində evlərin birində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. İlkin xəbərə əsasən əməliyyat zamanı radikal vəhhabi təriqətinə mənsub 20-yə yaxın şəxs saxlanılıb. Hazırda şübhəli vəhhabilərin toplaşdığı tikilidə axtarış tədbirləri davam etdirilir. Vəhhabilərin toplaşdığı məkandan çoxlu sayda qadağan olunmuş əşya və nəşrlərin götürüldüyü də xəbərlər sırasındadır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb”.