Arannews - İŞİD-in üzvlərindən olan Əbu Turab əl-Müqəddəsi şəxsi Tvitter səhifəsində Allahın evi Məkkəni dağıdacaqlarını bildirib.
O yazıb:” tezliklə Allahın izni və şeyximiz Əbu Bəkr əl-Bağdadi ilə birlikdə daşlara ibadət edənləri öldürəcək və Kəbəni məhv edəcəyik. Çünki burada Allahdan qeyrilərinə ibadət olunur. Camaat Allaha xatir yox, Məkkənin daşlarına toxunmağa görə bura gəlir. Əgər Səudiyyə Ərəbistanını fəth etsək, Allahdan qeyrisi üçün ibadət olunan Kəbə məhv olacaq.”
Əl-Həyat qəzetinin məlumatına əsasən, əl-Ənbar vilayətinə nəzarət edən İŞİD İraq və Suriya sərhədlərindən keçərək Səudiyyə Ərəbistanının sərhəd şəhəri olan Ər-əri ələ keçirib.
İŞİD-in bu bəyanatı Səudiyyə kralı Abdullah bin Əbdüləzizi dəhşətə gətirib və O dünən bu haqda bəyanat verib.
Bəyanatda deyilir: ”Biz bütün hallarda terroru rədd edirik. Terrorçu qrupların dindən öz şəxsi mənafeləri üçün qalxan kimi istifadə etmələrinə və müsəlmanlara qarşı hücumlarına icazə verə bilmərik. Biz xalqımızın əzmi, qətiyyəti və iradəsilə bu terrorçuları məhv edəcəyik. İslam dini qardaşlıq və vəhdət dinidir. Bəzi müsəlmanlar dindən təfriqə salmaq və bədxah niyyətləri üçün istifadə edir.”
Sözünün davamında Kral İslam dünyasında sülh, əsayiş və təhlükəsizliyin bərpa olunacağına ümid etdiyi bildirib.