Tarix : 2014 Jul 02
Kod 43368

Ermənilər arasında təşviş yaranıb

Azərbaycan Ordusunun düşmənə tutarlı cavablar verməsi və əsgərlərin döyüş əhval ruhiyyəsinin yüksək olması isə ermənilər arasında qorxu yaradıb

Arannews - Ermənilər Azərbaycan rayonunu boşaldır.

 20 ildən artıqdır düşmənlə üz-üzə yaşayan Ağdam rayonunun Orta Qərvənd kəndinin sakinləri deyirlər ki, son günlər cəbhə xətti boyunca fəallaşan ermənilərə Azərbaycan Ordusunun cavabı gecikmir.

Sakinlər bildirirlər ki, vaxtilə kəndi tərk edən vətəndaşlar da artıq ordumuzun gücünə arxalanaraq geri dönürlər.

Azərbaycan Ordusunun düşmənə tutarlı cavablar verməsi və əsgərlərin döyüş əhval ruhiyyəsinin yüksək olması isə ermənilər arasında qorxu yaradıb.

Sakinlərin dediklərinə görə, bir neçə gündür işğal altındakı Azərbaycan torpaqlarında yaşayan ermənilərin bu ərazilərdəki təsərrüfatları köçürdükləri də müşahidə olunur.

 


  • Yazılıb
  • da (də) 2014 Jul 02